Şamaxıda “Heydər Əliyev və mədəniyyət” adlı sərgi keçirilib - Fotolar

samaxida-heyder-eliyev-ve-medeniyyet-adli-sergi-kecirilib
Oxunma sayı: 1971

Dekabrın 21-də Heydər Əliyevin 100 illiyi çərçivəsində Şamaxı Yaradıcılıq Mərkəzində ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırovun fotolarından və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin təqdim etdiyi foto-xalçalardan ibarət “Heydər Əliyev və mədəniyyət” adlı sərgi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət, təhsil və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şamaxı RİH başçısı Tahir Məmmədov, sərginin müəllifi Rafiq Bağırov Heydər Əliyevin həyat və fəaliyyəti, onun mədəniyyətimizin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən söhbət açıblar.

Daha sonra sərgidə nümayiş olunan və əsasən ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənətimizə göstərdiyi diqqət və qayğını özündə ehtiva edən foto və foto-xalçalara baxış keçirilib.