Şamaxı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olunub.
“Qafqazinfo” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sərdar Ömərov, Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Əhəd Əzizov, Şamaxı Elektrik Şəbəkəsinin rəisi Ruhin Məmmədov və aidiyyəti dövlət qurumlarının nümayəndələri rayon ərazisində fəaliyyət göstərən bir sıra sahibkar və fermer təsərrüfatlarına baş çəkiblər.
Görüşlərdə rayonun kənd təsərrüfatı potensialının daha geniş şəkildə reallaşdırılması, əkinəyararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi və səmərəli istifadəsi, məhsuldarlığın yüksəldilməsi, suvarma imkanlarının yaxşılaşdırılması, müasir aqrotexniki üsul və texnologiyaların tətbiqi, eləcə də yeni istehsal istiqamətlərinin inkişafı məsələləri ətrafında müzakirə aparılıb.
Həmçinin yeni təsərrüfatların yaradılması, mövcud istehsal sahələrinin genişləndirilməsi, habelə aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları məsələlərin aidiyyəti dövlət qurumları ilə birgə həlli istiqamətində təkliflər səsləndirilib.
Müzakirələr zamanı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, müəyyən edilmiş prioritetlər üzrə fəaliyyətin əlaqələndirilməsi və fermer-sahibkar təşəbbüslərinin dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, aqrar sektorun inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.




Son xəbərlər
Son Xəbərlər