Şamaxıda ağır qəza - Ölən və xəsarət alan var

samaxida-agir-qeza
Oxunma sayı: 1640

Şamaxıda ağır yol-nəqiyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində baş verib.

Belə ki, Rəşid Məmmədov idarə etdiyi “Mersedes Vito” markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan bir nəfər 63 yaşlı Şərqiyə Məmmədov həyatını itirib, 72 yaşlı Şəfiqə Məmmədova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır.

Mübariz Muradov