Ötən gün Afrika Millətlər Liqasının qrup mərhələsində Misir – Qana görüşü baş tutub. “Qafqazinfo” xəbər verir ki, qarşılaşma gərgin anlarla yadda qalıb.
Belə ki, Misir yığmasının ulduz futbolçusu Mohamad Salah qarşılaşmanın baş hakimi Pyerre Atko ilə mübahisə edib.
Hakim də Salahın ona etirazını cavabsız qoymayıb və futbolçunun hərəkətinə sərt şəkildə etiraz edib.
Onların mübahisə görüntüləri sosial şəbəkələrdə gündəm olub.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər