UEFA DÇ-2022-nin seçmə mərhələsinin 6-cı turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.
27 yaşlı qolkiper meydana çıxdığı 5 oyunda 29 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakı Olimpiya Stadionunda Portuqaliyaya 0:3 hesabı ilə uduzub.
Son xəbərlər
Son Xəbərlər