Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Ülvi” şadlıq sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu RİH başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, millət vəkilləri Fazil Mustafa, Azər Allahverənov, Arzuxan Əlizadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, QHT-lərin rayon təşkilatlarının üzvləri, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Sabunçu RİH başçısı Adil Vəliyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, Vətən müharibəsində qazanılmış tarixi qələbənin xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətimizin gücünün təcəssümü olmasından bəhs edib. O, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq və şücaəti xüsusi vurğulayıb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
Sonra isə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək Zəfər Gününün xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib, Vətən müharibəsində əldə olunan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından və qazilərimizin fədakarlığından danışıb.
Tədbir bədii hissə ilə davam edib, vətənpərvərlik mövzusunda musiqi və ifalar səsləndirilib.









Son xəbərlər
Son Xəbərlər