“Sabah”ın U-19 komandası Gənclər Liqasında ikinci matçını keçirəcək

sabahin-u-19-komandasi-gencler-liqasinda-ikinci-matcini-kecirecek
Oxunma sayı: 421

UEFA Çempionlar Liqasının əsas mərhələsində yarışan “Sabah”ın U-19 komandası bu gün Gənclər Liqasında ikinci oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçi olduğu kollektiv Masazırda “Slaviya” (Çexiya) ilə qarşılaşacaq.

Saat 15:00-da start götürəcək matçı norveçli Marius Hansen Qrotta idarə edəcək.

Xatırladaq ki, “Sabah” ilk turda “Mançester Yunayted”ə uduzub (0:5), “Slaviya” isə “Lans”ı məğlub edib (2:1).