“Sabah” “Old Trafford”da - Fotolar

sabah-old-traffordda
Oxunma sayı: 603

Məlum olduğu kimi, “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda İngiltərə nəhəngi “Mançester Yunayted”in qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz qarşılaşma öncəsi rəsmi “Instagram” hesabında “Old Trafford” stadionundan fotoları azarkeşləri üçün bölüşüb.

“Bayquşlar” paylaşımında “Komandamız artıq “Old Trafford”dadır, böyük gecəyə hazırıq” sözlərini qeyd edib.

Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” matçı Bakı vaxtilə saat 23:00-da baş tutacaq.