Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı təfərrüatlar açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Təyyarə yaşayış olmayan ərazidə qəzaya uğrayıb. Ekipaj üzvləri də daxil olmaqla, 19 nəfər olub, onların hamısı həlak olub”, - Müdafiə Nazirliyindən bildirilib.
Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. Hazırda faciənin bütün təfərrüatlarını müəyyən etmək üçün Rusiya Aerokosmik Qüvvələrinin komissiyası hadisə yerindədir.
Son xəbərlər
Son Xəbərlər