“Rusiyada seçki kampaniyası rəqabətli olmalıdır” - Putin

rusiyada-secki-kampaniyasi-reqabetli-olmalidir
Oxunma sayı: 1997

“Rusiya Federasiyasında seçki kampaniyası rəqabətli olmalıdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşündə danışıb.

“Hər şey rəqabət əsasında və Rusiya Federasiyasının qanunlarına tam uyğun olaraq baş verməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.