Rusiyada eks-sevgilisini öldürüb polisə təslim oldu - Video

rusiyada-eks-sevgilisini-oldurub-polise-teslim-oldu
Oxunma sayı: 3501

Rusiyanın Sankt-Peterburq şəhərində əslən azərbaycanlı olan Yaqub Süleymanov keçmiş sevgilisinə bıçaqla hücum edərək qətlə yetirib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Kalininsk rayonunda qadınlara yardım mərkəzinin qarşısında baş verib.

Hadisə binanın müşahidə kameralarına əks olunub.

Görüntülərə əsasən, qadını izləyən Y.Süleymanov o, binaya daxil olarkən hücum edir. 8 bıçaq zərbəsi endirdikdən sonra onun boğazını kəsir.

Hadisə yerindən bir qədər uzaqlaşan 28 yaşlı azərbaycanlı şəxs daha sonradan polisə zəng vuraraq əməli barədə məlumat verib.

Bildirilib ki, Rusiya vətəndaşlığı olan həmin şəxs Dağıstanda da yaşayıb. Onun üç uşağının olduğu, sonuncunun isə qətlə yetirilən qadından olduğu qeyd olunub.

İlkin məlumata görə, qadın keçmiş sevgilisi tərəfindən dəfələrlə şiddətə məruz qalıb və sentyabrda qadınlara yardım mərkəzinə sığınıb.

Rusiya “Telegram” kanallarında isə hadisəni törədən şəxsin fotosu yayılıb.