Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyanın Ukraynaya öz inventarında olan “Patriot” raketlərini verməsinin ciddi nəticələrə səbəb olacağı ilə bağlı Tokioya xəbərdarlıq mesajı göndərib.
“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, Zaxarova həftəlik mətbuat konfransında Yaponiyanın silah ixracı siyasətində əhəmiyyətli dəyişiklik edərək “Patriot” hava hücumundan müdafiə sistemlərini göndərmək planlarına reaksiya verib.
Zaxarova, Yaponiyanın sürətli silahlanma prosesi ilə birləşdikdə bunun qlobal və regional təhlükəsizlik üçün konkret mənfi nəticələrə səbəb olacağını vurğulayıb: “Yaponiyanın raketləri Ukrayna ordusunun əlinə keçərsə, bu hərəkətlər ikitərəfli münasibətlər kontekstində Rusiyaya qarşı düşməncəsinə addımlar kimi qiymətləndiriləcək”, - deyə Zaxarova əlavə edib.
Son xəbərlər
Son Xəbərlər