Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub

rusiya-ve-ukrayna-arasinda-esir-mubadilesi-olub
Oxunma sayı: 1110

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“45 rus əsgəri Ukrayna əsirliyindən vətənə qayıdıb. Onlara  lazımi tibbi-psixoloji yardım göstərilir, qısa müddətdə müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinə tabe olan tibb müəssisələrinə aparılacaqlar”, - məlumatda qeyd olunub.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak da sosial şəbəkədə 45 əsgər və 2 mülki vətəndaşı rus əsirliyindən azad etdiklərini paylaşıb.