Rusiya Qızıl Xaç Cəmiyyətinin eks-rəhbəri evində ölü tapıldı

rusiya-qizil-xac-cemiyyetinin-eks-rehberi-evinde-olu-tapildi
Oxunma sayı: 1881

Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Raisa Lukutsova Moskvadakı mənzilində ölü tapılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, 74 yaşlı qadının ölümü kriminal xarakter daşımır, bədənində zorakılıq əlamətləri aşkar olunmayıb.

Lukutsova ağır xəstə idi.

Qeyd edək ki, R. Lukutsova 2006-2021-ci illərdə Rusiya Qızıl Xaç Cəmiyyətinə rəhbərlik edib. 2022-ci ildə Moskvanın Qaqarin Rayon Məhkəməsi onu Moskva yaxınlığındakı “Dostluq” sanatoriyasını qanunsuz satmaq cəhdinə görə dələduzluğa cəhd ittihamı ilə dörd il müddətinə şərti azadlıqdan məhrum etmişdi.