Rusiya ilə müharibəyə getməyə hazır olduğunu açıqladı

rusiya-ile-muharibeye-getmeye-hazir-oldugunu-aciqladi
Oxunma sayı: 1373

Böyük Britaniya şahzadəsi Harri Rusiya ilə mümkün müharibədə iştirak etmək üçün yenidən hərbi xidmətə qayıtmağa hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şahzadə “The Telegraph” qəzetinə müsahibəsində danışıb.

Harri iddia edib ki, Rusiya ilə bağlı təhlükə səbəbindən britaniyalıların narahat olmağa əsasları var:

“Böyük Britaniya son on ildə Rusiya ilə faktiki münaqişə vəziyyətindədir. Üzərimizə pilotsuz uçuş aparatlarının, güllələrin və raketlərin yağmaması müharibə aparmadığımız anlamına gəlmir. Əgər ehtiyac yaranarsa və məndən yenidən orduya qoşulmağım istənilərsə, yüz faiz ölkəmə xidmət edəcəyəm”.

Harri Avropanın Rusiyadan gələn təhlükəni dərk etdiyini iddia edib. Bununla yanaşı, o, Avropa ölkələrini Ukraynaya dəstəyi ikiqat artırmağa çağırıb.

Qeyd edək ki, vaxtilə Əfqanıstanda hərbi xidmət keçmiş şahzadənin bu çıxışı Britaniya rəsmilərinin orduya hazırlıq çağırışları fonunda səslənib.