Rusiyada “Apple”, “Google”, “Telegram” və “Wikipedia”a 26,3 milyon rubl cərimə kəsilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib.
Məhkəmənin qərarına əsasən, “Wikipedia” Fonduna 15,2 milyon rubl, “Google” və “Telegram”ın hər birinə 3,8 milyon rubl, “Apple”a isə 3,5 milyon rubl cərimə tətbiq edilib.
Cərimələr Rusiyada qadağan olunmuş məzmunların silinməməsi ilə əlaqələndirilib.
Bildirilib ki, “Telegram”a qarşı iddia Rusiya Silahlı Qüvvələri barədə yanlış məlumat ehtiva etdiyi bildirilən paylaşımlarla bağlı olub.
“Apple”a qarşı keçirilən məhkəmə iclası isə şirkətin məxfi məlumatlarının açıqlana biləcəyi ehtimalı səbəbindən mətbuat üçün qapalı olub.
Qeyd edək ki, Rusiyada sözügedən şirkət və təşkilatlar daha əvvəl də ölkə qanunvericiliyinin tələblərini pozduqları və qadağan olunmuş məzmunları silmədikləri üçün cərimələniblər.
Son xəbərlər
Son Xəbərlər