“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun oğlu Junior Ronaldo İngiltərə klubunun aşağı yaş qruplarında oyuna çıxıb.
“Qafqazinfo” xəbər verir ki, klubun U-12 komandası ilə birgə dünyanın ən yaxşı futbol akademiyalarının hər il toplaşdığı beynəlxalq gənclər turnirində iştirak edib.
Qrup mərhələsinin oyunlarından birində "Mançester Yunayted"in komandası rəqibini 5:0 hesabı ilə məğlub edib və kiçik Ronaldo həmin görüşdə fərqlənib.