Ronaldo dress-kod qaydasını pozdu - Fotolar

ronaldo-dress-kod-qaydasini-pozdu
Oxunma sayı: 5590

“Yuventus”un lideri Kriştiano Ronaldo futbol klubunun ənənəvi Milad bayramı partisində dress-kodu pozub.

“Qafqazinfo”nun məlumatına görə, korporativ iştirakçılarından yalnız ağ və qara rəngli geyimdə olmaları tələb olunsa da, Ronaldo bayrama bənövşəyi kostyumda gəlib.

Tədbirdən olan fotolar klubun Tvitter səhifəsində yerləşdirilib. Sosial şəbəkə istifadəçiləri portuqaliyalı hücumçuya irad bildirməyib.