“Report”un 5 yaşı olur

reportun-5-yasi-olur
Oxunma sayı: 1300

“Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür. 

“Qafqazinfo” xəbər verir ki, “Report” sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına çatdırır. 

O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

“Qafqazinfo” olaraq, “Report” İnformasiya Agentliyində çalışan həmkarlarımızı bu münasibətlə təbrik edir, onlara xəbər bolluğu və hər yeni layihədə uğur arzu edirik!