Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

rasim-balayev-azerbaycan-kinematoqrafcilar-ittifaqinin-sedri-secildi
Oxunma sayı: 3221

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Xalq artisti Rasim Balayev AKİ-nin sədri seçilib.

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın Moskva şəhərində vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.