AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub.
"Qafqazinfo" xəbər verir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə YT Parkın baş direktoru vəzifəsinə texnika elmləri doktoru, professor Əbülfəz Babayev təyin edilib.
AMEA-nın birinci vitse-prezidenti Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib.