Ramil Şeydayev Türkiyə klubunda

ramil-seydayev-turkiye-klubunda
Oxunma sayı: 4723

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubuna keçəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, R.Şeydayev artıq TFF I Liqa təmsilçisi ilə anlaşıb.

Onun bir neçə gün ərzində klubun düşərgəsinə qoşulacağı da məlumatda yer alır.