Raket sınaq uçuşundan 2 dəqiqə sonra partladı - Video

raket-sinaq-ucusundan-2-deqiqe-sonra-partladi
Oxunma sayı: 4866

ABŞ-ın “SpaceX” şirkətinin ən yeni kosmik raketi “Starship” ilk sınaq uçuşunda qəzaya uğrayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Texasın şərq sahilindən havaya qalxan ekipajsız sınaqda heç kim xəsarət almayıb.

İndiyə qədər inkişaf etdirilən ən böyük raket uçuşdan iki-üç dəqiqə sonra idarəetməni itirib. ABŞ-da raket buraxılışlarına lisenziya verən Federal Aviasiya İdarəsi qəza təhqiqatına nəzarət edəcəyini bildirib.

Şirkət rəhbəri İlon Mask isə bir neçə aydan sonra raketin yenidən sınaqdan keçiriləcəyini açıqlayıb.