“İnter Mayami”nin futbolçusu Lionel Messi İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola barədə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
O bildirib ki, Qvardiola dünya futboluna zərər gətirib:
“O, təkcə İspaniyada deyil, dünyada futbolu dəyişdi. Buna görə deyə bilərik ki, o, hətta futbola zərər də vurdu. İndi çoxları öz üslublarını inkişaf etdirmək əvəzinə onu təqlid etməyə çalışırlar”.
Son xəbərlər
Son Xəbərlər