Qurban Qurbanovun oğlu “Qarabağ”da debüt etdi

qurban-qurbanovun-oglu-qarabagda-debut-etdi
Oxunma sayı: 2830

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ" "Keşlə"nin qonağı olub.

"Qafqazinfo" xəbər verir ki, matç Ağdam klubunun heyətində debütlə əlamətdar olub. Uzun müddətdi əvəzedicilər komandasında çıxış edən Azərbaycan U-21 millisinin üzvü Musa Qurbanlı ilk dəfə əsas komandanın heyətində meydana çıxıb. Qurban Qurbanov ikinci hissənin əvvəlində oğlunu meydana buraxıb.

Qeyd edək ki, "Qarabağ"ın 3:1 hesablı qələbə qazandığı oyunda Musa Qurbanlı məhsuldar ötürmə ilə yadda qalıb.