Qızıldaşda sakinlərlə görüş keçirildi - Fotolar

qizildasda-sakinlerle-gorus-kecirildi
Oxunma sayı: 392

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev 150 nəfər sakinin iştirakı ilə Qızıldaş qəsəbəsində növbəti səyyar görüş keçirib.

“Qafqqazinfo” xəbər verir ki, sakinlərin müraciət və təklifləri dinlənilib.

Əvvəlki görüşdə qaldırılan məsələlər üzrə görülmüş işlər barədə məlumat verilib və növbəti addımlar müzakirə olunub.

Sakinlərlə birbaşa dialoq, müraciətlərin operativ həlli və görülən işlərin nəticələrinin ictimaiyyətə çatdırılması əsas prioritetlərdəndir.