Qızıl bahalaşdı

qizil-bahalasdi
Oxunma sayı: 1137

ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələri ilə bağlı gözləntilərin yenidən qiymətləndirilməsi fonunda qızılın qiyməti təxminən 3% artıb.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bloomberg”in ticarət məlumatları sübut edir.

Bildirilir ki, qiymətlərin bərpasına həm bazarın texniki cəhətdən “həddindən artıq satılmış” (oversold) vəziyyətdə olması, həm də ABŞ Xəzinə istiqrazlarının gəlirliliyinin azalması nəticəsində alıcıların fəallaşması dəstək verib.

Qeyd edək ki, bundan əvvəl qızıl son səkkiz ayın ən kəskin həftəlik enişini yaşamışdı.