“Qırmızı günəş”in bütün nömrələri transliterasiya olundu - Foto

qirmizi-gunesin-butun-nomreleri-transliterasiya-olundu
Oxunma sayı: 235

Azərbaycan milli mətbu irsində əhəmiyyətli yer “Qırmızı günəş” jurnalının bütün nömrələri əski əlifbadan latın qrfikasına transliterasiya edilib.

“Qafqazinfo” xəbər verir ki, 1921-1922-ci illərdə nəşr olunmuş həmin jurnalın səhifələrində tədris prosesinə, təlim-tərbiyəyə, uşaqların maraq dünyasına aid zəngin elmi, ədəbi-bədii və publisistik materiallar yer alıb.

Jurnalı Bakı Slavyan Universitetinin “Jurnalistika” kafedrasının müəllimi Fərqanə Məlikova transliterasiya edib.

Tranliterasiyanın elmi redaktoru, professor Qulu Məhərrəmli bu addımı Azərbaycan uşaq mətbuatının zəngin tarixinin öyrənilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, “Qırmızı günəş” jurnalının transliterasiyası Azərbaycan uşaq mətbuatının tarixi irsinin qorunması, dövrün maarifçilik ideyalarının, ədəbi-publisistik nümunələrinin və mətbuat ənənələrinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Zərdabi nəşr”də kütləvi tirajla çap olunmuş “Qırmızı günəş”in transliterasiyasının ixtisas  redaktoru mətbuat tarixi mütəxəssisi Samir Xalidoğlu, rəyçiləri isə siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə və tarixçi alim, fəlsəfə doktoru  Akif Aşırlıdır.