Qəzzaya hər gün bu qədər yük maşını daxil olur

qezzaya-her-gun-bu-qeder-yuk-masini-daxil-olur
Oxunma sayı: 2160

Hər gün humanitar yardım daşıyan 100-ə yaxın yük maşını Qəzzaya daxil olur.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O bildirib ki, İsrail-Fələstin arasında münaqişəsinin bərpasından sonra hər gün bu qədər sayda humanitar yük maşını Qəzzaya gedir:

“Artıq növbəti humanitar yardım daşıyan 100 yük maşını Misirdən Qəzzaya çatıb. Demək olar ki, hər gün eyni say qeydə alınır”.

Xatırladaq ki, tərəflər arasında noyabrın 24-də müvəqqəti atəşkəs elan edilmişdi. Razılığa əsasən, atəşkəs noyabrın 27-də 2 gün uzadılmışdı.