Qəzzada ölənlərin sayı 12 mini keçdi

qezzada-olenlerin-sayi-12-mini-kecdi
Oxunma sayı: 1689

Oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 12 mini keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qəzzadakı hökumət yayıb.

Bildirilib ki, ölənlərin 5 mini uşaq, 3 min 300 nəfəri qadındır.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.