“Qəzzada atəşkəs mümkün deyil” - Bayden

qezzada-ateskes-mumkun-deyil
Oxunma sayı: 2877

ABŞ Prezidenti Co Bayden Qəzzada atəşkəsin mümkün olmadığını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu haqda İllinoys səfəri üçün Ağ Evi tərk etməzdən əvvəl İsrail- HƏMAS münaqişəsi ilə bağlı sualı cavablandıran zaman danışıb.

Bayden girovların azad edilməsi ilə bağlı hələ də nikbin olduğunu qeyd edib.