Xəbər verdiyimiz kimi, ötən həftə Siyəzəndə ata və 4 yaşlı oğlunun ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza zamanı hadisə yerində həlak olan 37 yaşlı Samit Əliyevin anası Kifayət Əmirova da bu gün xəstəxanada ölüb.
Qəza zamanı xəsarət alan digər ailə üzvlərinin müalicəsi davam edir.
Qeyd edək ki, ailə alış-veriş məqsədilə Bakıya gəlirmiş.
Son xəbərlər
Son Xəbərlər