“Qərb derbisi”ndə qazanan “Turan Tovuz” oldu

qerb-derbisinde-qazanan-turan-tovuz-oldu
Oxunma sayı: 311

Misli Premyer Liqasında XIII turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edib.

Tovuz şəhərində keçirilən və baş hakim İnqilab Məmmədovun idarə etdiyi “Qərb derbisi” meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisinə qələbə qazandıran qolu matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Joarlem Santos vurub.

Misli Premyer Liqası

XIII tur

28 noyabr

“Turan Tovuz” – “Kəpəz” 2:1

Qollar: Hayderson Hurtado, 72, Joarlem Santos, 90+1 – Şakir Seyidov, 84 (pen.).