“Qəbələ” 9 nəfərlə evdə uduzdu

qebele-9-neferle-evde-uduzdu
Oxunma sayı: 3221

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, meydan sahibləri 2 qırmızı vərəqə aldığı görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Premyer Liqa

10-cu tur

22 oktyabr

“Qəbələ” – “Araz-Naxçıvan” 1:4 

Qollar: Samuel Tetteh, 37 – Turan Manafov, 32. Məhəmməd Kadiri, 44. Elvis Maşike, 69. Miço Kuzmanoviç, 71.

Qırmızı vərəqələr: İlkin Qırtımov, 28. Osama Xalayla, 60.