Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bütün ölkələrdən respublikaya toyuq yumurtasının idxalını qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, nazirlik bununla bağlı əmr imzalayıb.
Qərara əsasən, qadağa iki ay müddətində - 2027-ci ilin yanvarın ortalarına qədər qüvvədə olacaq.
Qazaxıstanda analoji qadağalar 2025-ci ildə, daha sonradan isə cari ildə də tətbiq edilib. Sonuncu dəfə ölkəyə yumurta idxalına məhdudiyyətlər 2026-cı ilin aprelində qoyulub və bu, 6 ay davam edib. Bu qərar isə ölkədəki istehsalçıları dəstəkləmək məqsədilə verilir.
Bununla belə, məhdudiyyətlər Qazaxıstan ərazisindən tranzitlə keçən daşımalara şamil edilmir.
Son xəbərlər
Son Xəbərlər