Qastroenterologiya üzrə Türkiyədə ixtisaslaşmış həkim Cavanşir Vahabov

qastroenterologiya-uzre-turkiyede-ixtisaslasmis-hekim-cavansir-vahabov
Oxunma sayı: 5513

Dr.Cavanşir Vahabov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsini bitirib.

"Qafqazinfo" xəbər verir ki, 2013-cü ildə Türkiyədə Hacettepe Universitetində Daxili Xəstəliklər (Terapevt) üzrə başladığı ixtisaslaşma (uzmanlık) təhsilini 2017-ci ildə başa vurub. Daha sonra ikinci ixtisaslaşma (yandal uzmanlık) sahəsi kimi qastroentrologiya üzrə təhsilini 2018-21-ci illərdə eyni universitetdə tamamlayıb. 2021-ci ildə vətənə qayıdan Dr.Cavanşir Vahabov Ege Hospitalda Qastroenteroloq-Hepatoloq-İnvaziv Endoskopist kimi fəaliyyət göstərir.

Dr.Cavanşir Vahabov Azərbaycanda qastroenterologiya üzrə ilk “yandal uzmanı”dır.

Qastroenteroloq kimdir?

Qastroenteroloq mədə-bağırsaq sisteminin xəstəlikləri ilə məşğul olan; yemək borusu, mədə-bağırsaqlar, qalın bağırsaq, nazik bağırsağın ayrı-ayrı xəstəlikləri ilə məşğul olan; eyni zamanda qaraciyər, öd yolları və mədəaltı vəzinin xəstəliklərinin diaqnozu, müalicəsi və izlənməsi ilə məşğul olan mütəxəssisdir.

Hansı hallarda xəstələr qastroenteroloqa müraciət edirlər?

Xəstələr qastroenteroloqa birbaşa və ya başqa ixtisas həkiminin yönəltməsi ilə müraciət edə bilər. Bəzən də qastroenteroloji xəstəliklərin, xüsusilə, bədxassəli şişlərin skininqi üçün qastroenteroloqa müraciət edilir.

Adətən qarın boşluğu ilə əlaqəli şikayətlərlə - qarın ağrısı və ya mədə şikayətləri, qarnın üst hissəsində ağrı, yanma, şişkinlik, qəbizlik, ishal kimi hallarda xəstələr birbaşa qastroenteroloqa müraciət edirlər.

Xəstənin qastroenteroloqa yönəldilməsi isə başqa ixtisas həkiminə müraciət edən xəstələrə qastroenteroloji xəstəlik diaqnozu qoyulduqda - altda yatan qastroenteroloji xəstəlik müəyyən olunduqda baş verir.

Hansı xəstəliklərdə xəstəni qanstroenteroloqa yönləndirirlər?

Xroniki xəstəliklər - qastroezofageal reflyuks, qastriti, qaraciyərin virus hepatitləri, autoimmun qaraciyər xəstəlikləri, pankreas - mədəaltı vəzinin xroniki və ya kəskin xəstəlikləri, öd daşı (daş öd yollarına düşdükdə) xəstəliyi zamanı xəstələr müalicə üçün qastroenteroloqa yönəldilir və xroniki xəstələrin müşahidəsi qastroenterologiya mütəxəssisi tərəfindən aparılır.

Çölyak xəstəliyi, xoralı kolit, kron xəstəliyi kimi xroniki xəstəliklər də birbaşa qastroenteroloq nəzarətində olmalıdırlar.

Başqa həkimlər tərəfindən, müalicəsi davam edən xəstələr müəyyən əlamətlər olduqda qastroenteroloqa yönəldilirlər. Məsələn, ürək problemi olan xəstə çoxlu dərman (qan duruldan vasitələr, ağrıkəsicilər və s.) qəbul edirsə, onda mədə problemləri əmələ gələ bilər. Bu zaman xəstə qastroenteroloqa yönəldilirlər.

Revmatoloji xəstəliklərlə yanaşı olaraq xəstələrdə autoimmun xəstəliklər (inflamatuar bağırsaq xəstəliyi) yarana bilər. Bu zaman da xəstələr qastroenteroloqa yönəldilir.

Şəkərli diabet, obezite (ifrat piylənmə) xəstələrində yanaşı gedən ciddi qaraciyər piylənməsi varsa, bunlar da qastroenteroloqun nəzarətində olmalıdır.