““Qarabağ”la oyunda meydanda ölmək məcburiyyətindəyik”

qarabagla-oyunda-meydanda-olmek-mecburiyyetindeyik
Oxunma sayı: 3176

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan APOEL Kipr I Liqasının 8-ci turunda evdə AEK-lə 0:0 hesablı heç-heçə edib.

"Qafqazinfo" xəbər verir ki, oyundan sonra Nikosiya klubunun yarımmüdafiəçisi Draqan Mixayloviç Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb:

"Qalib gəlmək istəyirik. Bu oyunda meydanda ölmək məcburiyyətindəyik. Hər kəsə daha yaxşı komanda olduğumuzu göstərmək istəyirik".