“Qarabağ”dan Mahir Emrelinin durumu ilə bağlı açıqlama

qarabagdan-mahir-emrelinin-durumu-ile-bagli-aciqlama
Oxunma sayı: 1711

Premyer Liqanın 10-cu turunda “Neftçi” ilə matçda zədələnən “Qarabağ”ın hücumçusu Mahir Emrelinin əzələsində dartınma olduğu aşkarlanıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 
Mahir “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.
 
APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.