Qarabağ qazisi faciəvi şəkildə öldü - Foto

qarabag-qazisi-facievi-sekilde-oldu
Oxunma sayı: 2261

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Böyükağa oğlu Nağıyev yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.

Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, M.Nağıyev Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı