“Əsas istiqamətimiz qadınların akademik dini təhsil almasıdır”

esas-istiqametimiz-qadinlarin-akademik-dini-tehsil-almasidir
Oxunma sayı: 465

“Dini biliklərin düzgün mənimsənilməsində və xurafatla sağlam dini düşüncənin fərqləndirilməsində qadınların fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir”.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan qadınının cəmiyyətin həyatında fəal iştirakı ölkənin ictimai fikrində və dövlətçilik ənənəsində dərin tarixi əsaslara malikdir.

Komitə sədri ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadınların rolunu vurğulayıb: “Bu istiqamətdə maarifləndirmə işlərinin daha geniş ictimai nəticələr doğurduğunu aydın görmək olar. Fəaliyyətimizin əsas istiqamətlərindən biri qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil alma imkanlarının genişləndirilməsidir”.