Putin də Jak Şirakla vidalaşdı - Fotolar

putin-de-jak-sirakla-vidalasdi
Oxunma sayı: 3173

Hazırda Parisdə yerləşən “Sen-Syulpis” kilsəsində sabiq Prezident Jak Şirakla vida mərasimi keçirilir.

“Qafqazinfo”nun Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, mərasimdə mərhumun ailə üzvləri və yaxınları, eləcə də dünyanın tanınmış siyasətçiləri iştirak edir.

Keçmiş dövlət başçısı ilə vidalaşmağa gələnlər arasında onun xələfləri Nikola Sarkozi və Emmanuel Makron, ABŞ-ın sabiq Prezidenti Bill Klinton və Rusiya Prezidenti Vladimir Putin olub.

Vida mərasimi saat 18:00-a qədər davam edəcək. 

Qeyd edək ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib.

Xatırladaq ki, J. Şirak 1974-1976 və 1977-1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri, 1995-2007-ci illərdə isə Fransa Prezidenti olub.