Putin Çindədir

putin-cindedir
Oxunma sayı: 195

Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərinə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu haqa TASS məlumat yayıb.

Bildirilir ki, Rusiya lideri “Baoan” Beynəlxalq Hava Limanında qarşılanıb.

Qeyd edək ki, Putin 18 və 19 noyabr tarixlərində Şençjendə olacaq. Rusiya dövlət başçısı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. Belə ki, Putinin həm “CEO Sammiti”ndə (İcraçı Direktorlar Sammiti), həm də sammitin plenar iclasında çıxış etməsi, eləcə də müxtəlif protokol tədbirlərinə qatılması nəzərdə tutulub.