Pula görə prezidentlik uğrunda mübarizəni dayandırdı

pula-gore-prezidentlik-ugrunda-mubarizeni-dayandirdi
Oxunma sayı: 2151

ABŞ-ın Kaliforniya ştatından olan senator-demokrat Kamala Harris 2020-ci ildə prezidentlik uğrunda mübarizəsini dayandırıb.

"Qafqazinfo" CNN-ə istinadən xəbər verir ki, bu barədə senator özü bildirib.

Onun sözlərinə görə, seçki kampaniyasını maliyyə imkanları olmadığı üçün dayandırır:

 "Mən milyarder deyiləm. Bu səbəbdən kampaniyanın maliyyə yükünü çəkə bilmirəm", - deyə Harris bildirib.