“Port Baku”da yanğın olub - Video-Yenilənib

port-bakuda-yangin-olub
Oxunma sayı: 4241

Bakının mərkəzində yerləşən “Port Baku” yaşayış kompleksində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Yanğın binanın yuxarı mərtəbələrində qeydə alınıb.

***

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.