Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası davam etdirilir - Foto

polis-akademiyasinda-tecrubeyonumlu-tedris-metodikasi-davam-etdirilir
Oxunma sayı: 971

Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirələr davam edir. Bu dərslər kursantların həm nəzəri biliklərinin dərinləşdirilməsinə, həm də praktiki təcrübə ilə zənginləşdirilməsinə imkan yaradır.

“Qafqazinfo” xəbər verir ki, müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Naibə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyəti”, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Fərəh Niftəliyeva “Ədəbi dilin formalaşması və ədəbi dil normaları”, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev “Xüsusi icraat”, Əlyazmalar və sənədlərin ekspertizaları şöbəsinin rəisi, ədliyyə müşaviri, yüksək dərəcəli ekspert Muradova Mətanət "Məhkəmə-xətşünaslıq, məhkəmə-müəllifşünaslıq ekspertizası”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Ruslan Vəliyev isə “Şəxsi qeyri-əmlak hüquqları və onların mülki-hüquqi müdafiəsi”, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli “Normativ hüquqi aktlar”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Samir Qədirov “Sənədlərin məhkəmə-texniki, məhkəmə-fototexniki və məhkəmə-portret ekspertizaları”, Hüquq və  İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Heydər Əliyev isə “Beynəlxalq insan hüquqları hüququ” mövzularında mühazirələrlə çıxış ediblər.

Mühazirələr zamanı məruzəçilər tərəfindən nəzəri biliklərlə yanaşı, real təcrübədən götürülmüş nümunələr əsasında mövzular izah olunub, kursantları maraqlandıran suallar cavablandırılıb və peşə fəaliyyətində zəruri bacarıqların formalaşdırılmasına xidmət edən mühüm məqamlar diqqətə çatdırılıb.