Pirquluda qış mənzərəsi... - Fotolar

pirquluda-qis-menzeresi
Oxunma sayı: 1964

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülər “Experience Azerbaijan”ın sosial şəbəkə hesabında yerləşdirilib.

Paylaşımda qış mövsümündə ərazidəki vəhşi təbiətin özünəməxsus mənzərəsi və nadir heyvan növləri əks olunub.

Belə ki, kadrlarda qar üzərindəki izlər, dağ yamaclarında hərəkət edən marallar, qayalıq ərazilərdə muflonlar, eləcə də qarla örtülü təpələr fonunda otlayan tüklü yaklar yer alıb.

Həmin fotoları təqdim edirik: