Paşinyan Türkiyədədir - Video

pasinyan-turkiyededir
Oxunma sayı: 3485

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında video paylaşıb.

Paşinyan Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Liderlər Sammitində iştirak edəcək.

Ermənistan lideri səfər çərçivəsində bir sıra dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.

Sözügedən videonu təqdim edirik: