Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanda - Fotolar

ozbekistan-parlament-numayende-heyeti-fexri-xiyabanda
Oxunma sayı: 398

Ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.