Oynaqların sağlamlığı üçün ən yaxşı 4 məhsul

oynaqlarin-saglamligi-ucun-en-yaxsi-4-mehsul
Oxunma sayı: 3025

Yaş ötdükcə hamının oynaqlarında problem yaranır. Bu, qaçılmaz prosesdir. Lakin düzgün qaydada qidalanmamaq situasiyanı daha da ağırlaşdıra bilər. Bunun üçün isə gündəlik qida rasionuna diqqət yetirmək lazımdır.  

“Qafqazinfo” “MedikForum”a istinadən oynaqlara müsbət təsir göstərən dörd məhsulu təqdim edir:

Albalı

Tədqiqat aparan Boston Universitetinin alimləri müəyyən ediblər ki, günə cəmi 10 ədəd albalı yemək podaqranın inkişafının qarşısını almağa malikdir. Əgər albalı yoxdursa, o zaman onu albalı şirəsi və ya morsla əvəzləmək olar.

Yağlı balıq

Omeqa-3 yağ turşularının oynaqlara təsirini yoxlamaq məqsədi ilə aparılan bir neçə tədqiqat müəyyən edib ki, yağlı balığın müntəzəm istifadəsi ağrını azaltmağa qadirdir. Qızıl balıq, sardina, və skumbriya yağlı balıqlar hesab olunur.

Dəniz ulduzunun ekstraktı

Bu ekzotik inqrediyent oynaqların hərəkətliliyini artırır, infeksiyalarla mübarizə aparır və qan axınını yaxşılaşdırır.

Zeytun yağı

Zeytun yağının tərkibində olan oleokantal antiiltihab effektə malikdir. Lakin yadda saxlayın ki, zeytun yağını soyuq halda istifadə etmək daha yaxşıdır. Yüksək istilik dərəcəsində onun içindəki faydalı maddələr dağılır.