Ötən il bu qədər şəxs fəlsəfə doktoru olub

oten-il-bu-qeder-sexs-felsefe-doktoru-olub
Oxunma sayı: 3029

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

Ən çox elmi dərəcə 156 olmaqla filalogiya elmləri üzrə verilib. Mexanika, astronomiya, antropologiya, memarlıq üzrə isə ötən il fəlsəfə doktoru dərəcəsi alan olmayıb.